Ümid Məmmədzadə və Gökhan Gülücü üz-üzə gələcək - FOTOLAR

Azərbaycanda sabah WJFMMAF beynəlxalq təşkilatı və Budo Döyüş Növləri Federasiyası tərəfindən keçiriləcək şəhidlərin əziz xatirəsinə həsr olunan peşəkar döyüşlərdə iştirak edəcək idmançıların çəkiölçmə mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, müxtəlif çəki kateqoriyaları üzrə fərqli divizionlarda mübarizə aparacaq 30 idmançı tərəzi üzərinə çıxıb.

Xüsusi diqqət isə günün döyüşündə qarşılaşacaq idmançıların üzərinə fokuslanıb. Ağır çəkidə mübarizə aparacaq yerli idmançımız, dünya və Avropa çempionu Ümid Məmmədzadə, türkiyəli rəqibi, dəfələrlə peşəkar döyüşlərin qalibi, Gökhan Gülücü ilə üz-üzə gələcək.

Qeyd edək ki, yerli idmançımız Ümid Məmmədzadə 6 peşəkar döyüş keçirib, məğlubiyyəti yoxdur.

Sabah baş tutacaq yarışda 6 ölkədən 8 idmançı iştirak edəcək. Onu da bildirək ki, ümumilikdə 15 peşəkar döyüş keçiriləcək.

Ümid Məmmədzadə 6 peşəkar döyüş keçirib. Onlardan 4-ündə vaxtından əvvəl qalib gəlib. (boğucu fəndlə). Qarışıq döyüş növləri üzrə dünya və Avropa çempionu olub. Kikboksinqin WAKO versiyası üzrə Avropa 3-cüsü olub.

Gökhan Gülücü isə 100-dən çox amator döyüş keçirib, Mui tai və k-1 dən dünya çempionluqları var.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...