İdmançımızın “Tokio-2020”də debütü uğursuz olub

Azərbaycan boksçusu Tayfur Əliyevin “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub. SİA xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz vyetnamlı Duonq van Nguyenə məğlub olub və mübarizəni dayandırıb.

Bu gün daha iki güləşçimiz rinqə çıxacaq. Belə ki, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə