Tokio-2020 də nə etməliyik. İRƏLİ YOXSA GERİ? - İDARƏ RƏİSİ AÇIQLADI
“Əlbəttə ki, Tokio Olimpia oyunları bəşəriyyətin böyük bir multikultural, eyni zamanda dünyadakı ölkələri birləşdirən böyük bir idman bayramı və həmçinin də olimpia fəlsəfəsinə görə, dostluğun, sülhün, barışın, mehribançılığın və sağlam həyat tərzini özündə birləşdirən bir yarışdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov deyib.

Onun sözlərinə görə, keçən il keçirilməsi nəzərdə tutulan Tokio-2020 Olimpiya oyunları Covid-19 pandemiyası səbəbindən bu il keçirilir: “Amma buna baxmayaraq hələ də pandemiya sona çatmayıb, koronavirus pandemiyası hələ də davam edir. Bu pandemiya Olimpiya oyunlarının həm hazırlığına, həm də yarışların keçirilməsinə təsirsiz ötüşməyib. Yaponiyanın paytaxtı Tokioya gələrkən hava limanında qeydiyyatdan başlayaraq və qeydiyyata qədər müəyyən tövsiyyələr və nəzarət mexanizmi tətbiq edilib. Bütün iştirakçı dövlətlər həm idmançıların, həm də işçilərin günlük covid testlərinin hesabatlarını hava limanına və yarışın keçiriləcəyi ölkəyə hesabat şəklində verməlidir. Gündəlik idmançılardan covid testi götürülür və Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilir. Bunun da nəticəsi olaraq bu testlərin edilməsi, karantin qaydalarına əməl edilməsi əlavə xərclər tələb edir və azda olsa diskomfort şəraiti olur. Amma pandemiyanı nəzərə alarsaq bu zəruri tədbirlərin edilməsi sağlamlığımız üçün vacibdir.
Azərbaycan milli yığmamızın çıxışına gəldikdə isə onu deyə bilərəm ki, ölkəmiz 44 idmançı ilə təmsil olunacaq və ənənəvi idman növlərimiz var. Təkmübarizli idman - karate, cüdo, güləş, gimnastika növlərində bildiyiniz kimi Azərbaycanın müxtəlif dərəcələri olub. Ümid varıq ki, nəticələrimiz yaxşı olacaq. Bir mənalı olaraq idmançılarımızdan medallar gözləyirik. Milli komandamıza uğurlar arzulayıram”.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB