Millimiz Macarıstan və Belarusla qarşılaşacaq

Millimiz Macarıstan və Belarusla qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. SİA xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)

23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)

25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə