Tokio-2020-nin ilk yarışı - BAŞ TUTUB

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib. SİA xəbər verir ki, softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Yaponiyanın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də gerçəkləşəcək. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl start götürür. 1996-cı ildən sonra ilk dəfə Yay Olimpiya Oyunlarının yarış proqramı futbolsuz başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə