İngiltərənin “Vulverhempton” klubunda çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşovun illik qazancı məlum olub. SİA xəbər verir ki, “canavarlar”la müqaviləsi 2023-cü ilin yayına qədər olan 22 yaşlı futbolçu həftəlik 21 min funt-sterlinq (49 min manatdan çox) qazanır.
Hücumçunun klubda illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur. Dadaşov 2019-cu ilin yayında “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Hücumçu “canavarlar”ın əsas komandası ilə oyuna çıxmayıb. Renat Dadaşov Azərbaycan millisində 7 oyun keçirib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB