"Keşlə"nin rəqibi heyətini gücləndirməkdə davam edir

"Keşlə"nin rəqibi heyətini gücləndirməkdə davam edir

"Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" (Rusiya) heyətinə 2 yeni futbolçu qatıb.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Soçi" "Orenburq"dan hücumçu Dimitri Vorobyevi və "Zenit"dən müdafiəçi Emanuel Mammananı transfer edib.

Qeyd edək ki, "Keşlə" ilə "Soçi" arasındakı il matç iyulun 22-si Rusiyada, cavab oyunu isə iyulun 29-u Bakıda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə