"Real"ın icarə əsasında "Milan"da çıxış edən futbolçusu Braim Dias İtaliya təmsilçisində oynamağa davam edəcək.
SİA xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin daha 2 il icarə əsasında "Milan"da çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Dias ötən mövsümü də "Milan"da keçirib. O, bu müddət ərzində 39 matçda 7 qol vurub və 4 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB