Mahir oyunu əlavə vaxta daşısa da penaltini qaçırıb

Mahir oyunu əlavə vaxta daşısa da penaltini qaçırıb

Azərbaycan millisinin üzvü Mahir Emreli "Legiya"da növbəti qolunu vurub.

SİA xəbər verir ki, 24 yaşlı hücumçu "Rakuv"a qarşı Polşa Superkuboku oyununun 90+3-cü dəqiqəsində başla dəqiq oynayaraq komandasını məğlubiyyətdən xilas edib - 1:1.

Ancaq "Legiya" penaltilər seriyasında uduzaraq (3:4) Superkuboku qazana bilməyib. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə