İstanbul 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

İstanbul 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın press-relizində deyilir.

Xatırladaq ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Lakin Türkiyə koronavirusa yoluxma hallarının artması səbəbilə final matçı Portuda keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə