“Zorya” "Fənərbaxça"ya transfer təklifi edəcəkmi?

“Zorya” "Fənərbaxça"ya transfer təklifi edəcəkmi?

Sarı-mavilər, iranlı hücumçu Allahyar Sayyadmaneşi keçən mövsüm Ukraynanın “Zorya” komandasına icarəyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Zorya” baş direktoru Stanislav Oganov, Ukraynadakı performansı ilə Avropanın ən əhəmiyyətli komandalarının transfer siyahısına girən Allahyar Sayyadmanesh haqqında danışıb. O açıqlamasında bunları deyib: "Allahyar haqqında bütün suallarınızı Türkiyənin “Fənərbaxça” klubuna verməyinizi düşünürəm. Hal-hazırda Allahyarın “Zorya” ilə icarə müqaviləsini uzatmaq və ya "Fənərbaxça"nın Allahyarı geri istəyib-istəməyəcəyini bilmirik. Açığı, "Fənərbaxça"nın Allahyar haqqında hansı fikirdə olduğunu bilmirik. Tək bildiyimiz budur ki, Allahyarın 31 dekabr 2021-ci ilə qədər müqaviləsi var və Ukraynada məşq etməyə davam edir".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə