“Fənərbaxça”, hücumçu transferində ilin bombasını partlatmağa hazırlaşır. Vitor Pereyranın dünyaca məşhur keçmiş tələbəsi ilə görüşdüyü və müsbət cavab aldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Fənərbaxça” hücum bölgəsi üçün transfer araşdırmalarını davam edərkən, siyahıda yer alan oyunçu Hulk haqqında əhəmiyyətli məlumatlar ortaya çıxıb. Sarı-göylü komandanın heyətinə qatmağı planlaşdırdığı braziliyalı ilə ölkəsinin komandalarından olan “Atletiko Mineiro” ilə 31 dekabr 2022-ci ilə qədər müqaviləsi var. Bununla birlikdə, Hulk, “Atletiko MG” ilə pulsuz olaraq imzaladığı müqavilədə "İstədiyi zaman pulsuz ayrılaram" maddəsini qoydurub. 35 yaşlı hücumçu başqa bir klubla müqavilə bağlasa, Braziliya komandası oyunçu üçün transfer haqqı tələb edə bilməyəcək.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB