"Neftçi" fransalı yarımmüdafiəçini transfer edib

"Neftçi" fransalı yarımmüdafiəçini transfer edib

Paytaxtın "Neftçi" futbol klubu heyətinə yeni futbolçu qatıb.

SİA klubun saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi son mövsümü "Havr"da (Fransa) keçirən Romen Baskı transfer edib. 26 yaşlı fransalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, R.Bask "Neftçi"də 14 nömrəli forma ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə