\"Galatasaray\" klubu Çexiya yığmasının məşhur hücumçusu Milan Baroşla müqaviləsinin ləğv olunmadığını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu haqda Ali Dürüst klubun internet səhifəsinə verdiyi açıqlamasında məlumat verib. Baroşun gedəcəyi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini, onun müqaviləli oyunçuları olduğunu qeyd edən A.Dürüst 28 avqust 2008-ci ildən bəri futbolçunun onların oyunçuları olduğunu, 25 avqust 2010-cu il tarixində müqavilənin vaxtının 31 may 2013-cü ilə qədər uzadıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB