“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa çempionatı barədə danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mourinyo hansı komandanı çempionatın ən güclüsü hesab etdiyini açıqlayıb.
Bu komanda nə İtaliyadır, nə də İngiltərə: “Fransa yalnız təkəbbürü ucbatından Avropa çempionatını qazana bilmədi. Bu komandanın inanılmaz potensialı var. Fransa çempionatın ən yaxşı komandası idi. Onlar İtaliya və İngiltərədən yaxşı idilər. Ancaq futbol tanrısı onları cəzalandırdı. Deyim ki, bu cəzaya layiq idilər”.
Fransa Avropa çempionatında mübarizəni 1/8 finalda dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB