“Qarabağ” sonuncu yoxlama oyununa çıxacaq

“Qarabağ” sonuncu yoxlama oyununa çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu sabah sonuncu yoxlama oyununa çıxacaq. SİA yerli mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Auqsburq” komandası ilə qarşılaşacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyadakı iki yoxlama oyunu keçirib. “Köhlən atlar” Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).

Bütün xəbərlər Facebook səhifəmizdə