Berti Foqts: \"Əgər digər səfər oyunları ilə müqayisədə az səhv buraxsaq, Bakıya qələbə ilə qayıdacağımıza inanıram\"

Berti Foqts: \"Əgər digər səfər oyunları ilə müqayisədə az səhv buraxsaq, Bakıya qələbə ilə qayıdacağımıza inanıram\"

\"\"

Bu gün Astana şəhərindəki \"Rixos President Astana\" otelində Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: \"12 gün Bakıda təlim-məşq toplanışında olduq. Hazırlıqdan çox razı qaldım. Nadir hallarda futbolçularda belə əhval-ruhiyyə görmüşəm. Hazırlığımız 2 mərhələdən ibarət idi. Azərbaycan kubokunun finalında oynayanlar toplanışa sonradan qatıldılar. Astanada süni örtüklü meydanda oynayacağımızdan, Bakıda belə qazonda məşq etdik.

\"\"

Bizi Qazaxıstan yığması ilə çətin oyun gözləyir. Gənc komanda olsaq da, buraya qələbə üçün gəlmişik. Komandamız özünə inanır. Əgər digər səfər oyunları ilə müqayisədə az səhv buraxsaq, Bakıya qələbə ilə qayıdacağımıza inanıram. Bir-iki mövqedə səhvimiz var və bu gün məşqdə onları həll edəcəyimizi düşünürəm.

Qazaxstana ilk dəfə gəlmişəm. Burada gördüyüm qonaqpərvərlikdən razıyam və bu, bizim üçün müsbət amildir\".

Bütün xəbərlər Facebook səhifəmizdə