Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” bu gün daha bir yoxlama oyunu keçirib. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv “Sabah”la qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən oyun məhsuldar alınıb. Üç qolun qeydə alındığı qarşılaşma “Keşlə”nin qələbəsi ilə yekunlaşıb.
Buna qədər “Sabah” yeni mövsümə hazırlıq çərçivəsində bir yoxlama oyunu keçirmişdi. Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə qolsuz bərabərə qalmışdı. “Keşlə” isə daha öncə iki yoxlama oyunu keçirmişdi. “Qarabağ”a 0:7 hesabı ilə uduzan bakılılar, “Səbail”lə heç-heçə etmişdilər – 1:1.
Yoxlama oyunu
13 iyul
Sabah – Keşlə 1:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB