İrqçilik səbəbindən oyun dayandırıldı

İrqçilik səbəbindən oyun dayandırıldı

“Paris Saint-Germain”-“Medipol Başakşehir” matçı, dördüncü hakimin köməkçi məşqçi Vebo-ya irqçi ifadələr deməsi səbəbi ilə dayandırılıb. SİA-nın verdiyi məlumata görə, “Medipol Başakşehir” komandası isə meydandan çəkildi. Bu məsələlərdən sonra Başakşehir matçının ləğv edilib-edilməməsi və Vebo-ya nə deyildiyi araşdırılır.

No to racism nə deməkdir?

"İrqçiliyə xeyr" mənasına gələn bu ifadə məşhurlaşmağa davam edir. "İrqçiliyə xeyr" həm də beynəlxalq futbol ictimaiyyətində mühüm yer tutur. İrqçiliklə mübarizədə payı olan bu cümlə, UEFA-nın daima üstün tutduğu məsələlərdən biridir. Dünyada futbolu irqçilikdən uzaqlaşdırmağı hədəfləyən FIFA və UEFA bu prosesi “İrqçiliyə xeyr” cümləsi ilə ümumiləşdirir və bəzi matçlarda bu cümlə ilə yazılmış pankartlarla çıxır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə