“Adana Dəmirspor”dan gözlənilməz addım

“Adana Dəmirspor”dan gözlənilməz addım

David Luiz Belhanda və Balotellini komandaya transfer edərək bomba kimi transferə girən “Adana Dəmirspor” indi isə braziliyalı müdafiəçi David Luizini hədəfləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tünd göy komandanın "Arsenal"la müqaviləsi bitən braziliyalı müdafiəçi David Luiz ilə görüşdüyü bildirilib. “Adana Dəmirsporun” 34 yaşlı oyunçuya 2 illik müqavilə təklif etdiyi və gözləmədə olduğu qeyd edilib.

Qeyd edək ki, Premyer Liqada 213 oyun keçirən təcrübəli müdafiəçi 14 qol və 8 ötürmə ilə yaddaşlarda iz buraxıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə