Kolumbiya millisi futbol üzrə Amerika Kubokunun bürünc mükafatçısı olub

Kolumbiya millisi futbol üzrə Amerika Kubokunun bürünc mükafatçısı olub

Kolumbiya millisi futbol üzrə Amerika Kubokunun bürünc medalları uğrunda görüşdə Peru komandasını 3:2 hesabı ilə məğlub edib.

SİA-nın məlumatına görə, kolumbiyalıların heyətində qolları Xuan Kuadrado (49-cu dəqiqə) və Luiş Duaz (66, 90 + 4) vurublar. Peru millisinin heyətində Yosimar Yotun (45) və Canluka Lapadula (82) fərqləniblər.

Kolumbiya yığması tarixində 5-ci dəfə üçüncü yeri tutub. Eyni zamanda, komanda bir dəfə kubokun qalibi (2001) və bir dəfə də turnirin gümüş mükafatçısı (1975) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə