Ancelottinin yeni transfer hədəfi kimdir?

Ancelottinin yeni transfer hədəfi kimdir?

“Real Madrid”ə qayıdan İtalyan baş məşqçi Karlo Anceloti, “Everton”da birlikdə çalışdığı braziliyalı ulduz Rikarlisonun transferini klub rəhbərliyindən istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Real Madrid”də Karlo Ancelotti hücum xəttini möhkəmlətmək istəyir. Bu mövqedə transfer siyahısının ən başında Rikarlisonun olduğu bildirilib. Hələ iki komanda arasında transfer haqqı barədə müzakirə aparılmasa da, təmasların yaxın vaxtlarda başlayacağı deyilib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə