Fransa Milli Komandasının sabiq üzvləri Antuan Qrizman və Ousmane Dembelenin 2019-cu ildə qaldıqları bir oteldə asiyalı işçiləri ələ saldıqları görüntülər yayımlanıb. Görüntülər sosial mediada reaksiyaya səbəb olub. SİA-nın verdiyi məlumata görə,
Sözügedən görüntülər iki "Barselona" oyunçusunun dostluq turnirində olarkən qaldıqları otel otağında çəkilib. Çəkdiyi videoda Dembele, otaqda televizorda futbol oyunu qurmağa çalışan asiyalı otel işçilərini ələ salır, hətta daha da irəli gedərək irqçi fikirlər söyləyir. Onları çirkin adlandırır. Dembele daha sonra kameranı asiyalı işçilərinin üzünə yaxınlaşdırır və onları ələ salır.
Sosial mediada paylaşılan ilk saatda 650 min dəfə izlənilən videoya minlərlə şərh yazılıb. Fransızlar irqçilikdə günahlandırdıqları Qrizman və Dembelenin bir daha millinin formasını geyinməmələri lazım olduğunu müdafiə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB