Fransanın PSG komandası Real Madriddən ayrılan 35 yaşlı İspaniyalı futbolçu Sergio Ramos ilə iki illik müqavilə imzaladığını açıqlayıb. İmzalanma mərasimindən sonra verdiyi açıqlamada Ramos, "Paris Saint-Germainə qatıldığım üçün çox xoşbəxtəm. Bu, həyatımdakı ən böyük dəyişikliklərdən biri oldu. Heç vaxt unutmayacağım bir gündür. Mən PSG-nin bir parçası olduğum üçün qürur duyuram. Mükəmməl oyunçularla birlikdə olmaq çox xoşdur. Paris Saint-Germain özünü ən yüksək səviyyədə sübut edən bir klubdur. Klub böyüməyə davam edir və inkişaf edən komandanın mümkün qədər çox kubok qazanmasına kömək etməyə çalışacam".
Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB