Olimpiadaya ev sahibliyi etməyə hazırlaşan Yaponiyada fövqəladə vəziyyət elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş nazir Suga Tokyo üçün fövqəladə vəziyyətin 22 Avqusta qədər davam edəcəyini bildirib.
Yaponiyada yenidən artan koronavirus yoluxmasını azaltmaq üçün təcili addım atılıb. Daha əvvəl 24 İyul - 9 Avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılan və epidemiya səbəbi ilə təxirə salınan Olimpiya Oyunlarının 23 İyul - 8 Avqust 2021 tarixlərində keçirilməsinə qərar verilib. Son 24 saat ərzində 2 min 193 yeni yoluxmanın aşkarlandığı ölkədə 13 nəfər virusdan ölüb. Yaponiyada 800 mindən çox insana yoluxan "Covid-19" virusu səbəbindən ümumi ölən insanların sayı 14.897 idi.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB