AVRO-2020-nin final cütlüyü müəyyənləşib: İngiltərə - İtaliya

AVRO-2020-nin final cütlüyü müəyyənləşib: İngiltərə - İtaliya

Avro-2020-nin ikinci finalçısı da bəlli olub.

SİA xəbər verir ki, yarımfinalın digər matçında İngiltərə və Danimarka qarşılaşıb.

Londondakı “Uembli” stadionunda keçirilmiş oyunda İngiltərə rəqibini məğlub etməyi bacarıb. oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Beləliklə, iyulun 11-də oynanılacaq final matçında İtaliya millisi İngiltərə ilə qarşılaşacaq.


7 iyul

Avro-2020, yarımfinal

23:00. İngiltərə - Danimarka - 2:1
Qollar: Damsqaard, 30 (0:1), Ker, 39-avtoqol (1:1), Keyn, 104 (2:1)
Baş hakim: Danni Makkeli (Niderland)
London. “Uembli” stadionu


6 iyul

İtaliya - İspaniya - 1:1 (Penaltilər seriyası - 4:2)

Bütün xəbərlər Facebook səhifəmizdə