Ramos bu gün yeni klubunda tibbi müayinədən keçəcək

Ramos bu gün yeni klubunda tibbi müayinədən keçəcək

"Real"dan ayrılan Serxio Ramos PSJ-yə keçməyə yaxındır.

SİA "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ispan müdafiəçi ilə müqavilənin son şərtləri barədə razılığa gəlib. 35 yaşlı oyunçu bu gün PSJ-də tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Ramosun Paris klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, futbolçu 2005-ci ildən oynadığı "Real"dan ötən ay azad agent kimi ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə