18 yaşlı gürcü futbolçu Rusiya klubunda

18 yaşlı gürcü futbolçu Rusiya klubunda

Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Tbilisi "Dinamo"sunun futbolçusu Luka Qaqnidzenin Rusiya "Dinamo"suna keçidi rəsmiləşib.

SİA klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Moskva təmsilçisi bu transfer üçün 1.5 milyon avro ödəyib.

Qeyd edək ki, gürcü futbolçu ötən mövsüm Tbilisi klubunda meydana çıxdığı 16 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə