Universal döyüşçülərimiz Ukraynadan vətənə uğurla döndülər - FOTOLAR
Azərbaycanı Ukraynanın Koblevo şəhərində Universal döyüş idman növü üzrə təmsil edən idmançılar bu gün Vətənə dönüblər. SİA xəbər verir ki, idmançılarımız Heydər Əliyev Beynəlxalq Hava Limanına böyük coşqu ilə qarşılanıblar.
29 iyun – 2 iyul tarixlərində Ukraynanın Koblevo şəhərində Universal döyüş idman növü üzrə Dünya Kuboku keçirilib.
28 ölkədən 400-ə yaxın idmançı iştirak etdiyi yarışda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Nicat Əliyev 87 kq çəki dərəcəsində ölkəmizi təmsil edərək Dünya Kubokunun qalibi olub.
İdmançı bildirib ki, qələbəsini Qarabağda şəhid olan qəhrəmanlara və Polis günü münasibətilə bütün polislərə həsr edir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB