Argentina və Kolumbiya - yarımfinalda

Argentina və Kolumbiya - yarımfinalda

Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.

Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalib penaltilər seriyasında müəyyənləşib.

Daha dəqiq olan kolumbiyalılar 4:2 hesabı ilə qalib gəlib.

Sonuncu 1/4 final matçı Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər. Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək.

Oyunlar 6-7 iyulda keçiriləcək.

Amerika Kuboku - 4 iyul

Uruqvay – Kolumbiya 0:0 (penaltilər 2:4)

Argentina – Ekvador 3:0 Qol: Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Lionel Messi, 90+3.

Bütün xəbərlər Facebook səhifəmizdə