Qusarda şahmat turnirinə start verilib - FOTOLAR

Qusarda şahmat turnirinə start verilib - FOTOLAR

Bildiyimiz kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda 1 iyul 2021-ci il tarixdən beynəlxalq şahmat turniri start götürüb. SİA xəbər verir ki, turnirin ikinci günü gərgin mübarizə şəraitində keçib.

Bu gün ikinci turdan sonra beynəlxalq qrossmeyster Nicat Məmmədov turnir iştirakçılarına seans verib və müəllifi olduğu "Həlledici taktiki zərbələr" adlı kitabını gənc şahmatçılara təqdim edib.

Həmçinin şahmatçıların gərgin turlardan sonra səmərəli istirahətini təşkil etmək məqsədilə Qusar rayonunun gözəl meşə zolağına gəzintisi və şəhərin mərkəzindəki Ulu Öndər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub, Ümummilli Liderin əzəmətli heykəli qarşısında xatirə şəkli çəkilib.

Günün maraqlı və yaddaqalan hadisələrindən biri də qrandmaster Şəhriyar Məmmədyarovun turnirdə qonaq qismində iştirak etməsi oldu. O, yarış iştirakçılarına öz məsləhətlərini verib və şahmatçılarla xatirə şəkli çəkdirib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə