Bundesliqanın iddialı komandalarından biri olan “RB Leypziq”, keçən mövsüm 28 qol vuran Andre Silvanı transfer edir. Ciddi bir transfer haqqı ödəməyə hazırlaşan “Leypsiq”də bu transferdən sonra gözlər Alexander Sörtlotha yönəlib. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, “Leypziq” klubu transfer bombasını partladır. “Leypsiq” klubu Andre Silva transferini təxminən 23 milyon avroya bitirmək istəyir. Portuqaliya ilə Avro-2020-də meydana çıxan 25 yaşlı Andre Silvanın transfer ediləcəyi təqdirdə Alexander Sörlothun başqa bir komandaya icarəyə gedəcəyi deyilir. Daha əvvəl “Trabzonspor” forması ilə əvvəlki mövsümün bombardiri olan və Ziraat Türkiyə Kubokunu qazanan Sörloth üçün “Trabzonspor” transferdə istəkli olduğu yazılıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB