Mehmet Aurelio “Fənərbaxça”dan ayrılır

Mehmet Aurelio “Fənərbaxça”dan ayrılır

"Fənərbaxça" futbol komandasının məşqçisi Mehmet Aurelio tutduğu vəzifədən istefa etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş milli futbolçu, sosial media hesabındakı açıqlamasında "2020-2021 mövsümünün başa çatması ilə bu gündən etibarən "Fənərbaxça" Klubundakı vəzifəmi şərəf və qürurla tərk etdim" deyib.

Aurelio, etdiyi şərhi, "Fənərbaxça" klubunun bütün idarə heyəti ailəsinə, texniki qrupa və inzibati heyət rəhbərlərinə, işçilərinə, oyunçularına və möhtəşəm "Fənərbaxça" azarkeşlərinə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Önümüzdəki dövrdə komandamıza uğurlar diləyirəm" sözləri ilə bitirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə