Həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib - FOTOLAR

Həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib - FOTOLAR

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib. SİA-nın verdiyi məlumata görə, turnir UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda keçirilib. Yekun nəticəyə görə, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası birinci yeri tutub. İkinci divizionda isə Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin həndbolçuları qalib olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunan və 12 komanda iştirakı ilə baş tutan yarışlar 2022-ci ilin beynəlxalq turnirlərinə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə