“Neftçi” klubundan gözlənilməz transfer

“Neftçi” klubundan gözlənilməz transfer

Bakının “Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın verdiyi məlumata görə, yarımmüdafiəçi Xəyal Nəcəfovla ikiillik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək.

2015-ci ildən “Sumqayıt”da çıxış edən X.Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə