AVRO-2020-nin Bakıya gələcək ilk 1/4 finalçısı müəyyənləşib

AVRO-2020-nin Bakıya gələcək ilk 1/4 finalçısı müəyyənləşib

Avro-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma müəyyənləşib.

SİA xəbər verir ki, bu, Danimarka millisidir. Komanda 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Danimarkanın Bakıdakı matçdakı rəqibi Niderland - Çexiya cütünün qalibi olacaq.

Qeyd edək ki, paytaxtımızdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə