Göztəpə Majeed Varisi istəyir

Yeni mövsüm əvvəli transfer çalışmalarını davam etdirən Göztəpə hücumçu Qanalı Majeed Varis ilə maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahısında bir çox yerli və xarici oyunçu olan sarı-qırmızılıların bu yaxınlarda Fransanın "RC Strasburq" komandasında 29 yaşlı futbolçu ilə görüşdüyü iddia edilib. İlk olaraq Avropada İsveçin "Hacken" komandasında oynayan Qanalı, eyni zamanda Rusiyada "Spartak Moskva", Fransada "Valenciennes", "Lorient", "Nantes" və Strasburq və Portuqaliyada "Porto"da forma geyinib.

2014-2015 mövsümündə Trabzonspora transfer olunan təcrübəli hücumçu 18 matçda qol vura bilməyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə