"Neftçi" Sloveniya klubuna məğlub olub

"Neftçi" Sloveniya klubuna məğlub olub

Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

SİA xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə “Domjale” (Sloveniya) ilə qarşılaşıb. Matç Sloveniya klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.

24 iyun

Yoxlama oyunu

20:00. "Domjale" - "Neftçi" - 2:1
Qollar: Namiq Ələsgərov, 24 (0:1), Markus, 33 (1:1), Repas, 39 (2:1)
Qırmızı vərəqə: Voislav Stankoviç, 87 ("Neftçi")

Bütün xəbərlər Facebook səhifəmizdə