“Beşiktaş”ın hədəfi Seferoviç!

“Spor Toto Super Liqasında” yeni mövsümə hazırlaşan son çempion “Beşiktaş” transferdə hədəfi hücumçuya çevirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Abubakarın klubdan ayrılmasından sonra hücumçu axtarışda olan "ağ-qaralar" Portuqaliyaya üz tutub.

“Beşiktaş”ın diqqəti bu dəfə “Benfika”nın isveçrəli ulduzu Seferoviçə fokuslanıb.

Seferoviç keçən mövsüm “Benfika”nın heyyətində 31 liqa oyununda 22 qol vurub və 7 məhsuldar ötürmə edib. Haris Seferoviçin “Benfika” ilə müqaviləsi 2024-cü ildə bitir. Onun klubu “Benfika”da 29 yaşlı futbolçu ilə bağlı gələcək təklifləri gözləyir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə