Braziliya yığmasından ardıcıl üçüncü qələbə

Futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin oyunları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün B qrupu çərçivəsində daha iki görüş baş tutub.

Braziliya yığması Kolumbiya seçməsi ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç braziliyalıların qələbəsi ilə bitib.

Qrupun digər matçı Ekvador və Peru yığmaları arasında baş tutub. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

Amerika Kuboku

B qrupu

24 iyun

Ekvador – Peru 2:2

Qol: Tapia, 23-öz qapısına. Presiado, 45+3 – Lapadula, 49. Karrilyo, 54.

Braziliya – Kolumbiya 2:1

Qol: Firmino, 78. Kazemiro, 90+10 – L.Dias, 10.

Braziliya – 9, Kolumbiya – 4, Peru – 4, Ekvador – 2, Venesuela – 2.

Bütün xəbərlər Facebook səhifəmizdə