Yeniyetmə güləşçilərimiz Dağıstandan 6 medalla qayıdır

Yeniyetmə güləşçilərimiz Dağıstandan 6 medalla qayıdır

Dağıstanın Şamil rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandamız böyük məşqçi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edib. Təmsilçilərimiz turniri 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medalları müvafiq olaraq, Ruslan Surxayev (50 kq), Maqomed Abdulxaliqov (85 kq), gümüş medalı Mircəlal Həsənzadə (54 kq) qazanıb. Bürünc medalları isə Kənan Ağamalızadə (35 kq), Mahir Əmiraslanov (38 kq) və Məsim Qədirli (50 kq) yığmamıza qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə