Menecerdən “Qalatasaray” açıqlaması

"Qalatasaray"ın sabiq futbolçusu Belhandanın meneceri Vilyam Davilya, təcrübəli yarımmüdafiəçinin gələcəyi ilə bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sarı-qırmızı klubdan ayrıldıqdan sonra İstanbulu tərk etməyən və fərdi məşqinə davam edən mərakeşli futbolçu, Fatih Terimin komandanın başına dönməsini gözləyirdi. Mövsümün ortalarında gözlənilməz bir şəkildə “Qalatasaray”dan ayrılan və müqaviləsinə xitam verilən Belhanda hələ heç bir klubla müqavilə bağlamadı. Belhandanın “Qalatasaray”dakı gələcəyi Fatih Terimin qərarından asılıdır. Futbolçu maaşında endirim etməyə və iki illik müqavilə imzalamağa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə