Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib

Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib

"Milan"dan ayrılan türkiyəli futbolçu Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib.
SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İtaliya mətbuatı Hakanın illik maaşının 5 milyon avro olacağını yazıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2017-ci ildən "Milan"da çıxış edirdi. O, bu müddətdə 135 oyuna 22 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə