“Sevilla”, “Everton” və “Ajax” Altay Bayındırı istəyir

“Sevilla”, “Everton” və “Ajax” ... 3 Avropa komandası gənc qapıçı Altay Bayındır üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, oyunçunun satışına çox həvəs göstərməyə “Fənərbaxça” danışıqlara 20 milyon avrodan başlayacağı gözlənilir.

“Fənərbaxça”nın qapısını qoruyan və göstərdiyi oyunla milli komandaya yüksələn Altay Bayındır, Avropa komandalarının radarında idi. 3 komandanın 21 yaşlı qapıçı üçün hərəkətə keçdiyi öyrənilib.

İspaniyadan “Sevilya”, İngiltərədən “Everton” və Hollandiyadan “Ajaxın”gənc qapıçı üçün nəbz yoxladığı qeyd edilib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə