Azərbaycan yığması Moldova millisini məğlub etdi - -FOTOREPORTAJ-CANLI

Azərbaycan yığması Moldova millisini məğlub etdi - -FOTOREPORTAJ-CANLI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları yoldaşlıq görüşü keçirirlər. Lənkəran şəhər mərkəzi stadionunda keçirilən matçdan siasport.az saytı canlı mətn-reportaj yayımlayır.

Baş hakim: Elçin Məmmədov

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov

Dördüncü hakim: Orxan Məmmədov

Stadiona giriş pulsuzdur.

Oyunun başlamasına 30 dəqiqə qalıb. Stadionda hazırlıq işləri aparılır. Arenaya polis əməkdaşları və hərbi qüvvə cəlb olunub. Onu da nəzərinizə çatdıraq ki, bir neçə həftə öncə Tofiq Bəhramov adına Respublika stadionuna alınmış anbulans maşından biri də Lənkəran şəhər mərkəzi stadionundadır.

Maraqlı məqamlardan biri də odur ki, Moldova yığmasının heyətində erməni əsilli futbolçunun olduğu barədə məlumat almışdıq. Bir neçə dəqiqə öncə apardığımız araşdırma nəticəsində bəlli oldu ki, sözügedən futbolçu zədəli olduğuna görə Azərbaycana gələ bilməyib. Ancaq yenə də məlumatı dəqiqələşdimək üçün oyunun protokolunu gözləyirik. Siasport.az-ın əməkdaşı Lənkəran şəhər mərkəzi stadionunda iş başındadır.

Artıq heyətlər məlumdur. Moldova yığmasının heyətində öncədən göstərilmiş erməni futbolçu, \"Şerif\" klubunun oyunçusu Artyom Xaçaturovun Azərbaycana gəlmədiyi protokolda öz əksini tapıb. Lakin protokola nəzər salarkən Ermənistanın \"Mika\" klubunda forma geyinən Konstantin Mandriçenkonun hazırda burda olduğu görünür. Lakin o erməni yox, moldovalıdır. Futbolçu 8 nömrəli formada mübarizə aparacaq.

Heyətlər

AZƏRBAYCAN

Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Novruz Məmmədov, Ufuk Budak, Mirhüseyn Seyidov, Araz Abdullayev, Tural İsgəndərov, Amit Quluzadə, Cihan Özkara, Cavid İmamverdiyev.

MOLDOVA

Denis Rusu, Аleksadr Skripçenko, Sandu Ojoq,İon Yordan, Konstantin Mandriçenko, Vadim Kostandaki, Tudor Starçuk, Radu Qinsari, Maksim Xovanski, Sergey Dyulger, Mixail Paseçnyuk.

1. Oyun başlandı.

6. Azərbaycan futbolçuları topa daha çox hakimdirlər. Tural İsgəndərov rəqib üçün çox təhlükə yaradır. Moldovalılar onun qarşısını çətinliklə kəsirlər.

8. Rəqib küncdən zərbə vurdu, lakin futbolçularımız moldovalıların qarşısını ala bildilər.

12. 4 nömrəli futbolçuSandu Ojoq qapımıza doğru güclü zərbə vurdu. Lakin top qapmızın üst tərəfindən azacıq aralı keçdi.

19. Tural İsgəndərovun vurduğu top az qalmışdı rəqibin qapısından keçsin. İdman xoşbəxliyi bu dəfə moldovalıların tərəfində oldu.

28. Cavid İmamverdiyevin zərbəsini rəqib qapıçı çətinliklə qaytardı və futbolçularımız künc zərbəsi vururlar.

29. Ardıcıl 3-cü dəfə vurduğumuz künc zərbəsini moldavalılar zərərsizləşdirə bildilər.

31. Azərbaycan komandası ardıcıl hücumlarla rəqibi çaşdırıb.

32. 3 nömrəli oyunçumuz Tərlan Quliyevə sarı vərəqə göstərilir. Rəqib cərimə zərbəsi vurur və top qapıdan aralı keçir.

35. Moldovalılar hücumlarını artırıblar.

38. Amit Quluzadəyə sarı vərəqə göstərilir. Rəqib cərimə zarbəsi vurur. Müdafiəçilərimiz yaxşı oynayırlar.

41. Komandamız rəqibi əks hücümda yaxaladı, lakin hücum kəsərsiz alındı.

46. Birinci hissə başa çatdı. Komandalar fasiləyə yollandılar.

İkinci hissə başlandı.

47. Azərbaycan yığmasının heyətində dəyişiklik oldu. 9 nomrəli futbolçu Tural İsgəndərovun əvəzinə meydana 19 nömrəli futbolçu Orxan Həsənov daxil oldu. Moldova yığmasının heyətində isə iki dəyişiklik oldu.

48. QOOOOOOOOOOL. Mirhüseyn Seyidovun zərbəsi rəqib oyunçuya dəyib qapıya girdi-1:0.

54. Amit Quluzadənin zərbəsini rəqib qapıçı çətinliklə zərəsizləşdirdi.

58. Oyunda daha çox Azərbaycan millisi topa hakimdir.

59. Moldova millisinin 10 nömrəli oyunçusu George Mikoloqlo sarı vərəqə aldı.

63. Bu dəqiqələrdə oyun qarşılıqlı hücumlar şəraitində keçir. Moldova millisnin heyətində dəyişiklik oldu.

65. Rəqib küncdən zərbə vurdu. Qol vurmağa yaxın olsalar da moldovalılar bundan istifadə edə bilmədilər.

66. Azərbaycan futbolçusu Cihan Özkara rəqib qapıçı ilə təkbətək çıxdı, lakin zərbəsi qapıdan aralı keçdi.

73. Azərbaycan komandasının 7 nömrəli futbolçusu Araz Abdullayev rəqibin 7 nömrəli oyunçusu İon Yordanın sifətindən bilərəkdən əlinin içi ilə itələdiyinə görə sarı vərəqə aldı.

74. Cavid İmamverdiyevin zərbəsi qapıdan aralı keçdi

76. Rəqib küncdən zərbə vurdu və müdafiəçilərimiz yaxşı oynadılar.

83. Araz Abdullayevin əvəzinə meydana 16 nömrəli futbolçu Sergey Çernişov daxil oldu.

84. Mirhüseyn Seyidova sarı vərəqə verilir.

87. Amit Quluzadənin əvəzinə meydana 11 nömrəli futbolçu Kamil Nurəhmədov daxil oldu.

89. Hər iki komanda hücumları artırıb. Qapıçımız Andrey Popoviç sarı vərəqə aldı.

90. Mirhüseyn Seyidovun əvəzinə oyuna Emin Musafayev çıxdı. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olundu.

93. Oyun başa çatdı, Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəldi.


\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə