Belçikadan ardıcıl 3-cü qələbə, Rusiya AVRO-2020 ilə vidalaşdı

Avro-2020-nin qrup mərhələsi davam edir.
SİA xəbər verir ki, 11-ci oyun günündə B qrupunda Rusiya Danimarka ilə, Finlandiya Belçika ilə qarşılaşıb. Bu qrupda ötən tur Belçika 1/8 finala vəsiqə qazanmışdısa, digər 3 komanda bu yer uğrunda mübarizəni davam etdirirdi. Danimarka Rusiyaya 4:1, Belçika isə Finlandiyaya 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra sözügedən hər 3 komandanın 3 xalı olub.

Top fərqindəki üstünlüyə görə Danimarka qrupdan çıxıb. Rusiya turnirlə vidalaşmalı olub. Finlandiyanın isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala çıxmaq şansı qalır.


AVRO-2020, 3-cü tur

21 iyun

B qrupu

23:00. Rusiya - Danimarka - 1:4
Qollar: Damsqaard, 38 (0:1), Poulsen, 59 (0:2), Dzyuba, 69-pen. (1:2), Kristensen, 79 (1:3), Mahle, 82 (1:4)
Baş hakim: Klemen Turpin (Fransa)
Kopenhagen. “Parken” stadionu

23:00. Finlandiya - Belçika - 0:2
Qol: Hradeki, 74-avtoqol (0:1), Lukaku, 81 (0:2)
Baş hakim: Feliks Brix (Almaniya)
“Sankt-Peterburq” stadionu

1

Belçika

3

3

0

0

7

1

9

2

Danimarka

3

1

0

2

5

4

3

3

Finlandiya

3

1

0

2

1

3

3

4

Rusiya

3

1

0

2

2

7

3

Bütün xəbərlər Facebook səhifəmizdə