"Neftçi" ölkə kənarında ilk yoxlama oyununu keçirib

Sloveniyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu iyunun 21-də ilk yoxlama oyununu keçirib.
SİA xəbər verir ki, Bakı təmsilçisi yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib.
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama matçını iyunun 25-də Macarıstanın “Fehervar" klubuna qarşı keçirəcək. Komandamızın Sloveniyadakı sonuncu rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Oyun isə iyunun 29-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə