21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları yoldaşlıq görüşü keçirirlər. Lənkəran şəhər Mərkəzi Stadionunda keçirilən matçdan siasport.az saytı canlı mətn-reportaj yayımlayır.
Azərbaycan-Moldova
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: Orxan Məmmədov
Stadiona giriş pulsuzdur.
Oyunun başlamasına 30 dəqiqə qalıb. Stadionda hazırlıq işləri aparılır. Arenaya polis əməkdaşları və hərbi qüvvə cəlb olunub. Onu da nəzərinizə çatdıraq ki, bir neçə həftə öncə Tofiq Bəhramov adına Respublika stadionuna alınmış anbulans maşından biri də Lənkəran şəhər mərkəzi stadionundadır.
Maraqlı məqamlardan biri də odur ki, Moldova yığmasının heyətində erməni əsilli futbolçunun olduğu barədə məlumat almışdıq. Bir neçə dəqiqə öncə apardığımız araşdırma nəticəsində bəlli oldu ki, sözügedən futbolçu zədəli olduğuna görə Azərbaycana gələ bilməyib. Ancaq yenə də məlumatı dəqiqələşdimək üçün oyunun protokolunu gözləyirik. Siasport.az-ın əməkdaşı Lənkəran şəhər mərkəzi stadionunda iş başındadır.
Artıq heyətlər məlumdur. Moldova yığmasının heyətində öncədən göstərilmiş erməni futbolçu, \"Şerif\" klubunun oyunçusu Artyom Xaçaturovun Azərbaycana gəlmədiyi protokolda öz əksini tapıb. Lakin protokola nəzər salarkən Ermənistanın \"Mika\" klubunda forma geyinən Konstantin Mandriçenkonun hazırda burda olduğu görünür. Lakin o erməni yox, moldovalıdır. Futbolçu 8 nömrəli formada mübarizə aparacaq.
Heyətlər
AZƏRBAYCAN
Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Novruz Məmmədov, Ufuk Budak, Mirhüseyn Seyidov, Araz Abdullayev, Tural İsgəndərov, Amit Quluzadə, Cihan Özkara, Cavid İmamverdiyev.
MOLDOVA
Denis Rusu, Аleksadr Skripçenko, Sandu Ojoq,İon Yordan, Konstantin Mandriçenko, Vadim Kostandaki,Tudor Starçuk,Radu Qinsari, Maksim Xovanski,Sergey Dyulger,Mixail Paseçnyuk.
1. Oyun başlandı.
6. Azərbaycan futbolçuları topa daha çox hakimdirlər. Tural İsgəndərov rəqib üçün çox təhlükə yaradır. Moldovalılar onun qarşısını çətinliklə kəsirlər.
8. Rəqib küncdən zərbə vurdu, lakin futbolçularımız moldovalıların qarşısını ala bildilər.
12. 4 nömrəli futbolçuSandu Ojoq qapımıza doğru güclü zərbə vurdu. Lakin top qapmızın üst tərəfindən azacıq aralı keçdi.
19. Tural İsgəndərovun vurduğu top az qalmışdı rəqibin qapısından keçsin. İdman xoşbəxliyi bu dəfə moldovalıların tərəfində oldu.
28. Cavid İmamverdiyevin zərbəsini rəqib qapıçı çətinliklə qaytardı və futbolçularımız künc zərbəsi vururlar.
29. Ardıcıl 3-cü dəfə vurduğumuz künc zərbəsini moldavalılar zərərsizləşdirə bildilər.
31. Azərbaycan komandası ardıcıl hücumlarla rəqibi çaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB