AVRO-2020 ilə erkən vidalaşan Türkiyə İtaliya, İsveçrə və Uelslə mübarizə apardığı A qrupunda heç bir oyunda qalib gələ bilmədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, böyük ümidlər bəslənən Türkiyə milli komandası 2020 Avropa çempionatında turniri 0 xalla başa vuraraq qrup sonuncusu oldu. Turnirin açılış matçını İtaliyaya qarşı oynayan Türkiyə millisi, Romada oynanan bu qarşılaşmada 3-0 məğlub olaraq pis bir başlanğıc etdi. Daha sonra Bakıya gedərək azarkeşlər önündə Uels və İsveçrə oyunları keçirən aypara ulduzlar Uelsə 2-0, İsveçrəyə 3-1 məğlub olaraq AVRO-2020-ni qələbə qazanmadan başa vurdu.
Şenol Güneş niyə bu oyunçulara şans vermədi
Qrup oyunları zamanı Şenol Güneşin heyət seçimləri və vaxt vermədiyi oyunçular tənqid olunarkən, AVRO-2020-nin namizəd heyətinə seçilmiş, lakin vaxt ala bilməyən 8 futbolçu var. Türkiyə Milli komandasının AVRO- 2020 heyətində yer alan, ancaq vaxt ala bilməyən adlar ... Mert Günok, Altay Bayındır, Ozan Kabak, Taylan Antalyalı, Kerem Aktürkoğlu, Enes Ünal, Abdülkadir Ömür və Rıdvan Yılmaz.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB