Araz Abdullayevin yeni klubu müəyyənləşib

Azərbaycanlı futbolçu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

SİA xəbər verir ki, 29 yaşlı Kiprin "Etnikos" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Arazla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin "Boluspor" klubunda çıxış edib. O, 2017-2018 mövsümündə də Kiprdə oynayıb. Abdullayev həmin dövrdə bu ölkənin "Anortosis" klubunda icarə əsında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə